7 oktyabr terrorunun ildönümüdür
07.10.2026

HƏMAS-ın İsrailə 7 oktyabr 2023-cü ildə təşkil etdiyi gözlənilməz və koordinasiyalı hücumun ildönümüdür.

Bu, regionda genişmiqyaslı Qəzza müharibəsinin başlamasına səbəb olmuşdur.

Hücum 7 oktyabr 2023-cü il tarixində, səhər saatlarında yəhudi bayramı (Simxat Tora) günü baş vermişdir.

HƏMAS və digər fələstinli qruplaşmalar Qəzza zolağından İsrail istiqamətinə minlərlə raket atdılar (ilk saatlarda təxminən 2200-4300 raket). Eyni vaxtda sərhəd baryerini yararaq motoparaplanlar və nəqliyyat vasitələri ilə təxminən 6000 nəfər (o cümlədən HƏMAS-ın Nuxba elit qüvvələri) İsrail ərazisinə daxil oldu.

Hərbi bazalar və Qəzza yaxınlığındakı 21-dən çox yaşayış məntəqəsi, o cümlədən müxtəlif kibbutzlar və "Reim" musiqi festivalı hədəfə alındı.

Hücum nəticəsində 1200-dən çox insan (mülki şəxslər, təhlükəsizlik əməkdaşları və əsgərlər) öldürüldü, 3400-dən çox nəfər yaralandı.

Təxminən 251 nəfər girov götürülərək Qəzza zolağına aparıldı.

İsrail tərəfinin məlumatına görə, hücum zamanı 1600-dən çox HƏMAS silahlıs öldürüldü.

Bu hücumdan dərhal sonra İsrail ordusu Qəzza zolağına qarşı intensiv hava və quru əməliyyatlarına başladı, bu da Yaxın Şərqdə genişmiqyaslı və uzunmüddətli hərbi-siyasi böhrana gətirib çıxardı.

Bölgədə şiddətli gərginliyə səbəb olan HƏMAS silahlılarının İsrailə hücumunu İran hökuməti və SEPAH komandirlərinin planlaşdırdıqları barədə çoxsaylı məlumatlar yayılıb.

Qeyd edək ki, 7 oktyabr hücumundan əvvəl HƏMAS və başqa silahlı qruplaşmaların təhbərləri Tehrana gələrək İranın keçmiş rəhbəri Əli Xamənei, hökumət rəsmiləri və SEPAH komandirləri ilə görüşlər keçirmişdilər.

visiontv.az