SEPAH İraqın şimalında kürd bazalarını vurdu
27.10.2026

SEPAH İraqın Süleymaniyyə yaxınlığında kürd silahlı qruplaşmalarının qərargahına PUA-larla hücum edib.

Bu haqda İran mediası məlumat yayıb.

Yerli mənbələr də İraq Kürdüstan Bölgəsinin Süleymaniyyə əyalətindəki Qayvan yaxınlığındakı kürd silahlı qruplaşmalarının qərargahının hədəfə alındığını və ərazidə atəş səsləri eşidildiyini bildiriblər.

Dövlət mediası Süleymaniyyə üzərində SEPAH-a məxsus Şahid 149 pilotsuz təyyarəsinin uçduğunu haqda məlumat yayıb.

Mümkün dağıntılar, insan tələfatı və yaralılar barədə açıqlama verilməyib.

visiontv.az