SEPAH sözçüsü CENTCOM rəhbərinin Hörmüz boğazına səfərini lağa qoydu
27.10.2026

SEPAH-ın sözçüsü Hüseyn Mohebbi ABŞ hərbçisinin helikopterdən yanan neft tankerinə baxdığı fotosunu paylaşıb.

O, fotonun üzərinə "Reallıq budur" şərhini yazaraq, şəkilə belə bir yazı əlavə edib: "Brent markalı neftin qiyməti: bir barreli $117".

Bu paylaşım CENTCOM komandanı Kuperin Hörmüz boğazına səfərindən sonra ortaya çıxıb. Kuper də boğaz üzərində helikopterlə uçaraq mövcud vəziyyətlə tanış olmuşdu.

visiontv.az