Sistan və Bəlucistan əyalətinin Çabahar rayonunda SEPAH-ın keçirdiyi əməliyyat zamanı 3 silahlı şəxs həlak olub, 4 SEPAH üzvü yaralanıb.
Bu haqda Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.
Məlumata görə, Çabahaın Nukabad kəndi ərazisində baş verən qarşıdurmada yüngül avtomat silahlarla yanaşı ağır çaplı silahlardan da istifadə olunub.
SEPAH isə yaydığı bəyanatda bölgədə "terrorçulara qarşı əməliyyat" keçirdiyini bildirib.
Rəsmi məlumatda əməliyyat zamanı 6 silahlı öldürülüb və həbs edilib.
Silahlıların hansı qrupa mənsub olduqları barədə açıqlama verilmədən, onlardan çox sayda silah-sursat götürüldüyü qeyd olunub.
visiontv.az