ABŞ və İsrailin hərbi hava qüvvələri Şərqi Azərbaycan əyalətinin 7 bölgəsində hərbi məkanlar və infrastruktura zərbələr endiriblər.
Bu barədə əyalət valiliyiyinin nümayəndəsi Məcid Fərşi məlumat yayıb.
Onun sözlərinə görə, hücuma məruz qalan hədəflər arasında Şəbistər şəhərinin polis komandanlığı da olub.
Fərşi, müharibənin başlamasından bu günə kimi Şərqi Azərbaycanda 85 nəfərin öldüyünü və 511 nəfərin yaralandığını bildirib.
Yerli mənbələr ölən və yaralananların əksəriyyətinin həbçi olduğunu qeyd ediblər.
visiontv.az