Avstraliya BƏƏ-yə raket və təyyarə göndərəcək
10.03.2026

Avstraliya Körfəz bölgəsinin müdafiəsinə kömək etmək üçün BƏƏ-yə raketlər göndərəcək və kəşfiyyat təyyarəsi yerləşdirəcək.

Bunu   Avstraliya  Baş naziri Entoni  Albaneze deyib.

“Avstraliya  Kral Hərbi  Hava  Qüvvələri növbəti dörd həftə ərzində Körfəz üzərindəki hava məkanını qorumaq və təhlükəsizliyini təmin etmək məqsədilə “Boinq E‑7A Vedcteyl” müşahidə təyyarəsini və onu müşayiət edən şəxsi heyəti göndərəcək. Bu addım regionun kollektiv özünümüdafiəsinə dəstək məqsədi daşıyır”, - o bildirib.

visiontv.az