İran Dövlət Televiziyası - IRIB News bildirib ki, yeni ali rəhbər Müctəba Xameneyinin seçilməsindən sonra ölkə İsrailə ilk raket zərbəsi endirib.
Hücum zamanı buraxılan raketlərin üzərində “Xidmətinizdəyik, Seyid Müctəba” sözləri yazılıb. Bu addım, Müctəba Xameneyinin əvvəlki ali lider Əli Xameneyinin varisi kimi təyinatından dərhal sonra həyata keçirilib.
Məlumata görə, bu zərbə İranın yeni rəhbərliyinin ilk hərbi reaksiyası kimi dəyərləndirilir və regionda gərginliyin daha da artacağına işarədir.
visiontv.az