İran Almaniyanın İordaniyadakı hərbi düşərgəsinə zərbə endirib
10.03.2026

İran İordaniyada yerləşən Al-Azraq aviabazasındakı Almaniyanın hərbi səhra düşərgəsinə raket zərbəsi endirib.

Visiontv.az  APA -ya istinadən xəbər verir ki, bu barədə  Almaniyanın  “Der Spiegel”  jurnalı məlumat yayıb.

Məlumata görə, İrandan bazaya bir neçə  ballistik  raket atılıb.

Bildirilib ki, hadisə zamanı  xəsarət  alan olmayıb. Çünki  Bundesverin bütün hərbçiləri əvvəlcədən sığınacaqlara yerləşdirilib.

Hazırda düşərgə ərazisinə raketlərin özlərinin, yoxsa hava hücumundan müdafiə sistemlərinin işləməsi nəticəsində yaranan qalıqların düşdüyü hələlik dəqiqləşdirilməyib.

visiontv.az