Sayın Qala şəhərinin girişində azərbaycanca qarşılama sözləri ləğv edilib
24.04.2024

Sayın Qala (indiki Şahin Dej) şəhərinin girişində azərbaycanca qarşılama sözlərinin bələdiyyə tərəfindən quraşdılmasından 4 gün sonra ləğv edilib.

Şəhərin giriş stendində “Şahin Dej Yurduna Xoş Gəlibsiz!” yazılan Azərbaycan dilində sözləri olaraq “Yurduna .... Gəlibsiz!” sözləri ləğv olunub. 

Azərbaycana qarşı və kürdlərə məxsus terrorist qrupların torpaq iddialarını təmini yöndə bu hərəkət güney azərbaycanlıların qəzəbinə səbəb olub. 

Milliyyətcə Azərbaycan xalqına mənsub olmayan məskunlaşmış azlıqların hədələri və İran hakimiyyəti rəsmilərnin tapşırığı gümanı olaraq Sayın Qala rayon Bələdiyyəsi həmin sözlərin ləğv edilməsi səbəbləri barədə məlumat verməyib. 

Qeyd edək ki, buna oxşar hərəkərtlər Güney Azərbaycanın Urmu və sair şəhərlərində müşahidə olunur. 

Belə ki, Urmu Bələdiyyəsi tərəfindən küçələrin azərbaycanca və şəhərin Azərbaycan mahiyyətili olduğunu göstərən əski adları küçə divarlarına vurulsa da bir müddət sonra təzyiqlər nəticəsində məcburi ləğv etdirilir. 

visiontv.az