Salması fəal barədə həbs qərarı çıxarıldı
16.04.2025

Qərbi Azərbaycan əyalətinin Salmas şəhərindən olan milli fəal Həmis Abbasi barədə həbs qərarı çıxarılıb.

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, Salmas İnqilab Məhkəməsi milli fəalı "sistemə qarşı fəaliyyət", "ölkə rəhbərini təhqir etmək" və "müxalif qruplara üzv olmaq"da günahlandırıb.

Bununlada H.Abbasi ümumilikdə 4 il 6 ay azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2024-cü il oktyabrın 30-da Salmasda təhlükəsizlk məmurları tərəfindən saxlanılan Abbasi. bir müddət sonra 700 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmışdı.

O, ötən həftə başqa 3 salmaslı fəalla birlikdə yenidən həbs edilib, başqa 3 fəal dindirildikdən sonra sərbəst buraxılsa da, Abbasi təcridxanada saxlanılıb.

visiontv.az