26.011.2020
Axtar
Ölkə
alt

Rusiya Hərbi-Dəniz Qüvvələrinin gəmiləri Xəzərdə təlimlərə başlayıblar

Təlimlər Abşeron yarımadasından şimalda, dənizin mərkəzi hissəsində keçirilir.

Visiontv.az xəbər verir ki, manevrlərə 6 gəmi, 7 təyyarə və 420 hərbçi cəlb olunub. Təlimdəki gəmilər arasında "Kalibr" qanadlı raketlərini daşıyan "Dağıstan" və

"Tatarıstan" gəmiləri, habelə "Uqliç" və "Velikiy Ustyuq" kiçik raket gəmiləri var.

"Bu gəmilər dənizdə qruplaşmanın tərkibində, Cənub Hərbi Dairəsinin aviasiyası ilə birlikdə hərəkət edərək dəniz və hava hədəflərinə yoxlama artilleriya və raket atışlarını həyata keçirəcəklər", - Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Təlimlər planlıdır və 2020-ci il üçün nəzərdə tutulmuş yekun təftiş çərçivəsində aparılır.
Bakının bu təlimlərlə bağlı xeyli əvvəl məlumatı vardı və Xəzərdəki manevrlərə görə hər hansı narahatlığa heç bir əsas yoxdur.

Şərh