Bir yandan Ukraynadakı strateji məqsədlərinə nail olmayıb, digər tərəfdən isə müharibənin uzanması onun postsovet məkanındakı təsir rıçaqlarını risk dairəsində saxlayır. Rusiyanın əsas rəqibi ABŞ coşğulu bir formada Moskvanın geosiyasi enişini izləyərkən onun məqsədlər seriyasını bir portfeldə daha strateji şəkildə oxumaq olar.
Yəqin ki, Ukraynadakı müharibə nə Rusiya, nə də Ukraynanın qeyd-şərtsiz qələbəsi ilə yekunlaşacaq. Tərəflərdən heç biri tam qələbə qazana bilmirsə, hərbi yolla irəliləmək hər iki tərəf üçün həddindən artıq baha başa gələn bir prosesə çevrilir. Ən çox da Ukrayna üçün xərclər artır. ABŞ Rusiya ilə Ukrayna arasında döyüşlərin dayandırılmasına hipotetik olaraq bu pəncərədən yanaşa bilər. Vaşinqtonun əlində gərginliyin idarə oluna bilən səviyyəsi Ağ Ev üçün qızıl fürsətə çevrilir.
Bununla belə, Rusiyanın Avropada müdaxilə alətlərini cilovlaya bilməyəcəyi təqdirdə ABŞ üçün xətalı geosiyasi qövsün yaranacağı istisna deyil.
Vaşinqton belə bir ssenaridə Rusiya və Ukraynanın qeyri-hərbi qarşıdurmaya davam edəcəklərini hesablayır.
Avrasiya çoxqütblü nizamın formalaşmasında Rusiya, ABŞ və Çin üçün kilid materikdir. Rusiya Avrasiyada özünü yenidən mövqeləndirmək üçün ABŞ-Çin rəqabətindən, Çin əleyhinə siyasətindən məharətlə istifadə etməyə cəhd göstərir. Lakin dekorasiyada Rusiya-Çin stateji tərəfdaşlığı qabardılır (həm Rusiya, həm də Çin tərəfdən).
Buna baxmayaraq Rusiya Çin mərkəzli logistika və təchizat zəncirlərindən kənarda qalaraq nəhəng koridor mənzərəsində qarışıq təsirlərlə üzləşir. Avrasiyanı bir neçə üfüqi dəhlizlə birləşdirən “Bir Kəmər, Bir Yol” Təşəbbüsü Trans-Sibir Dəmir Yolunun və Baykar Amur Magistralının şimal periferik qollarının əhəmiyyətini azaldır. Bu, Rusiya üçün strateji əhəmiyyət kəsb edən şaquli dəhlizlərin - Sibir və Uzaq Şərqi Çinə birləşdirənlərdən başqa - inkişafına kömək etmir.
ABŞ ilə Çin eyni maraqdan çıxış etməsələr də, Orta Dəhlizdə bənzər yanaşmalara sahibdirlər, ancaq Rusiyanın bu iki tərəf arasındakı mübahisə və gərginlikdən istifadə etməsi getdikcə çətinləşir.
ABŞ Rusiya və Çinin təsirini azaltmaq, geosiyasi tərəzidə ağırlığını artıraraq strateji avtonomiya təmin edən mövqeni irəlilətməyə çalışır. Rusiya Avrasiya geostrategiyasını formalaşdırmaq istəyərkən Çinin iqtisadi ekspansiyası və ABŞ-nin güc boşluqlarından istifadə edərək Cənubi Qafqaz və Mərkəzi Asiyada yüksələn rolu ilə rastlaşır.
Rusiyada Moskvanı çətin logistik situasiyalardan kənarda tutmaq üçün təkliflər verilir. Sergey Karaqonov kimi ideoloqlar, Rusiyanın iqtisadi, coğrafi və siyasi mərkəzinin Qərbdən Şərqə – Sibirə köçürülməsini nəzərdə tutan genişmiqyaslı geosiyasi və geoiqtisadi transformasiya doktrinasını irəli sürür.
Lakin bu təklif-layihənin tam gücü ilə fəaliyyət göstərməsi geodeziya, ekologiya, logistika və beynəlxalq münasibətlər sahəsində kompleks dəstəyə ehtiyacı gündəmə gətirir.vÜstəgəl, sanksiyaların gərginliyi altında olan Rusiyaya genişmiqyaslı maliyyə paketləri ilə dəstəyin verilməsi ehtimal edilmir. Başqa mühüm bir geosiyasi an var, Sibirə köklənmə Rusiyanı geosiyasi mənada Avropa qitəsindən ayırmaq riskləri ilə üzləşdirə bilər ki, bu da onun qlobal məqsədləri ilə uyğun deyil.
Belə olduğu təqdirdə, Rusiyanın ən aktual geostrateji vəzifələrindən biri Böyük Avrasiyanın logistika sisteminin qurulmasında mövcud dəhlizdən istifadə etməkdir.
Avrasiya şəbəkəsi daxilində mövcud Şimal-Cənub Nəqliyyat Koridoru və onun perspektivi vacib şaquli marşrutu təmin edən akt kimi Rusiyanın geoiqtisadi qavrayışına daxildir. Amma daha da çətini Rusiyanı ABŞ ilə yanaşı, Çinin səssiz irəliləməsinə qarşı immunitetitini zəiflətməsi prosesi nəzərdən qaçmamalıdır. Orta Dəhliz Rusiyadan yan keçməklə qalmır, eyni zamanda Azərbaycan və Gürcüstandan keçərək Çindən Avropaya uzanır.
Rusiyadan yan keçərək Qazaxıstan, Azərbaycan, Türkiyə və Gürcüstan Avropa ticarəti və təhlükəsizliyi üçün getdikcə əhəmiyyət kəsb edən Orta Dəhliz Moskvanı iqtisadi lövhələrin mərkəzinin kandarında saxlayır. Bu, Çin sərmayələrinin regionda əhəmiyyətli artımı deməkdir, eyni zamanda Ukraynadakı müharibədən sonra Pekinin regional maraqlarındakı geosiyasi müstəvini də təmsil edən bir hissədir. Bir az da uzaqda, Çin Orta Dəhlizin Qafqazdakı sektorunu bu bölgədə geosiyasi nüfuz yaratmağın bir komponenti kimi nəzərdən keçirə bilər.
Aqşin Kərimov, Siyasi təhlilçi
visiontv.az