Birgünlük əməliyyat 32 illik münaqişəyə nöqtə qoydu. Və Azərbaycanın xəritəsi ilə reallığı üst-üstə düşdü.
2023-cü il sentyabrın 19-da saat 13:00-da başlayan və 20-si axşam bitən birgünlük antiterror əməliyyatı Cənubi Qafqazın son 30 ilini 24 saata sığdırdı. Nəticədə Qarabağdakı qanunsuz separatçı rejim özünü buraxdığını elan etdi. Azərbaycan özünün BMT tərəfindən tanınmış sərhədləri daxilində suverenliyini tam bərpa etdi. Bu, sadəcə hərbi əməliyyat deyildi. Bu, hüququn, siyasətin və reallığın eyni nöqtədə kəsişdiyi an idi. Əməliyyat Azərbaycan üçün nəyi dəyişdi? Bir. Suverenliyin tam bərpası. 1991-ci ildən bəri Azərbaycanın xəritəsi ilə reallığı üst-üstə düşmürdü. Ağdam, Füzuli, Xankəndi, Ağdərə, Xocalı, Şüşa boz zona idi. 19-20 sentyabr əməliyyatı bu boşluğu bağladı. “De-yure” ilə “de-fakto” arasındakı 32 illik fərq bitdi. İki. Təhlükəsizlik arxitekturasının yenidən qurulması. Əməliyyata qədər əsas təhlükə mənbəyi Laçın yolu ilə silah daşınması, mina basdırma, separatçı silahlı birləşmələr idi. 24 saat ərzində bütün silah-sursat təhvil verildi, qeyri-qanuni silahlı dəstələr tərksilah olundu. Üç. Reintegrasiya prosesinin başlaması. Əməliyyatdan sonra Azərbaycan Qarabağda yaşayan erməni sakinlərə reinteqrasiya təklifi verdi. Vətəndaşlıq, hüquqlar və sair. Yəni məsələ ərazidən insan müstəvisinə keçdi. Bu, münaqişənin hərbi deyil, vətəndaşlıq yolu ilə həlli modeli idi. Amma bu modedli də ermənilər qəbul etmədi və könüllü olaraq Qarabağı tərk etdilər. Bu hadisədə diqqət çəkən suallardan biri də 44 günlük müharibəni tələm-tələsik dayandırmağa çalışan güclərin bir günlük əməliyyatı həzm etməsi oldu. Maraqlıdır ki, dünyanın aparıcı dövlətləri - ABŞ, AB, Rusiya, Türkiyə, İran hamısı eyni cümləni dedi. Bu, Azərbaycanın suveren ərazisində apardığı antiterror əməliyyatıdır. Sual olunur niyə. Birincisi. Beynəlxalq hüquq Bakının tərəfində idi. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, 1991-ci il Almatı Bəyannaməsi, 2022-ci il Praqa və Soçi bəyanatları və sair hamısında Qarabağ Azərbaycanın ərazisi kimi tanınıb. 2020-ci il 10 noyabr bəyanatı ilə də Ermənistan özü bu faktı tanıdır. Yəni Azərbaycan “işğal etdi” demədi, “öz evinə qayıtdı” dedi. Hüquqi arqumenti olmayan dövlət isə etiraz edə bilməzdi. İkincisi. Reallıq siyasətdən güclü oldu. 2020-ci il 44 günlük müharibə, 2022-23-cü illərdə Laçın yolunda ekoloji fəalların etirazları, yəni 3 il ərzində reallıq addım-addım dəyişdi. Və 19 sentyabr sadəcə son nöqtə idi. Dünya başa düşdü ki, separatçı rejimin davamı üçün nə hərbi, nə iqtisadi, nə siyasi resurs qalmayıb. Status-kvonu qoruyaq demək havaya pul atmaq idi. Və nəhayət üçüncüsü. Regionda yeni oyun qaydaları formalaşdı. 2023-cü ildə dünya Ukrayna, Qəzza, Tayvan ilə məşğul idi. Qafqazda yeni münaqişə ocağı heç kimə lazım deyildi. Əksinə, hamıya lazım olan stabil dəhliz idi. Ona görə ABŞ və AB Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq dedi. Rusiya isə sülhməramlılarını çıxarmağa razı oldu. Çünki bunun alternativi müharibə və xaos idi. Bu məslədə diqqəti çəkən daha bir məqam da var. O da əməliyyatın birgünlük olmasıdır. Bu da mesaj idi. Əməliyyat nəticəsində mülki infrastruktur vurulmadı, məktəb və xəstəxanalara toxunulmadı. Məqsəd terrorçular və hərbi hədəflər oldu. Bakı bununla mesaj verdiki, biz müharibə istəmirik, qayda-qanun istəyirik.
Nəticə olaraq deyə bilərəm ki, 19-20 sentyabr əməliyyatı 3 dövrü bağladı. 1991-94-cü il işğal dövrünü, 2020-cü il Qələbə dövrünü və 2023-cü il suverenliyin bərpası dövrünü.Və hazırda da 4-cü dövr həya keçirilir. Bərpa və qayıdış dövrü. Dünyanın bu faktı qəbul etməsinin əsl səbəblərindən biri də məhz budur.
Şöhrət El-Dəniz
visiontv.az