"Anthropic" İran, Çin və digər ölkələrin onun süni intellekt modellərindən istifadə edərək, dövlət propoqandası yayması və entik azlıqlarla, dissidentlərə qarşı casusluq etməsi cəhdlərini dayandırıb.
Bu məlumat süni intellekt şirkətinin sentyabrın 11-də yayımlanan, 2025-ci ilin dekabrından avqusta qədər olan hadisələri əhatə edən son hesabatında yer alıb.
"Anthropic" bəzi İran dövlət institutlarının süni intellekt modellərindən ölkə daxili və xaricindəki ictimai rəyin formalaşdırılması üçün istifadə etdiyini açıqlayıb. Bu institutlar sırasında İran Mədəniyyət Nazirliyinin tabeliyində olan İslam Mədəniyyət və Kommunikasiya Təşkilatı da daxil olmaqla bir müəssisələr, İslam Təbliğat Ofisi və digərləri yer alıb. Şirkət bu institutları koqnitiv müharibə kampaniyası aparmaqda və SEPAH-ın narrativlərinin reklamında ittiham edib:
"Bu modeldən (Claude) istifadə etmələri onları mürəkkəb təşkilatı çərçivələr və mülklər yaratmağa imkan verib ki, əks halda bunu etmək üçün onlardan tam tərkibli heyət tələb olunurdu”.
"Anthropic" İranın Mədəniyyət və Kommunikasiyalar Təşkilatının “Claude”dan mərhum ali dini lider Ayətullah Əli Xameneinin dəfn mərasimi üçün təşkilati planlamanın tamamlanması üçün istifadə etdiyini də bildirib.
Şirkət təkcə İran hakimiyyətinin yox, ona müxalif olan və sürgündə olan “Mujahedin e Xalq” (Xalq Mücahidləri Təşkilatı) təşkilatının öz modeli vasitəsilə nüfuz yaratmaq əməliyyatları aparmasını dayandırdığını bildirib. İran bu təşkilatı terror təşkilatı kimi qəbul edir.
Hesabatda deyilir ki, təşkilat bir neçə nəfərə giriş icazəsinin verildiyi Sİ (Aİ) agentindən istifadə edərək real olmayan şəxslər yaradıblar və bundan İran daxilində təsir üçün istifadə ediblər:
“Əməliyyat İran daxilindəki şəxslər haqqında ətraflı profillər yaratmaq məqsədilə 500-dən çox sosial media kanalından məlumatları uğurla toplayıb”.
Şirkət həmçinin İranın “Claude” vasitəsilə müşahidə əməliyyatlar aparmasını da dayandırdığını deyib. Hesabatda təqdim edilən məqamların birində İranın “Claude”dan yüz minlərlə sosial media paylaşımını analiz etmək üçün istifadə etdiyini və bunların içindən 39-müxalif hesabın monitoriq aparmaq üçün seçildiyi bildirilib.
visiontv.az