342
Ramazan Bayramının namazı bu qayda ilə qılınacaq - TARİX BİLİNDİ
Ramazan Bayramının namazı bu qayda ilə qılınacaq - TARİX BİLİNDİ
20.05.2020 İlahə Tərəfindən

Azərbaycanda bayram namazları karantin rejiminə uyğun qılınacaq. Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun addım atılacaq.

Visiontv.az "Trend"ə istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Yeni TV-yə müsahibəsində deyib.

M.Qurbanlı bildirib ki, əgər həmin vaxt koronavirus təhlükəsi davam edəcəksə, bayram namazı şəraitə uyğun həyata keçiriləcək.

Komitə rəsmisi, həmçinin qeyd edib ki, Ramazan ayı ərzində kütləvi iftar süfrəsi haqda məlumat daxil olmayıb: “Bilirsiniz, imamlar internet üzərindən moizələrində insanlara çağırış edirlər ki, iftar mərasiminizi öz evinizdə ailənizlə birgə keçirin”.

Qeyd edək ki, Qafqaz Müsəlmanlar İdarəsinin fətvasına əsasən, Azərbaycanda Şəvval ayının 1-i (24 may) Fitr (Ramazan) bayramıdır.