İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Cıdır düzündə olublar.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, burada Qarabağ atlarının təqdimatı keçirilib.
Prezident İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atını hədiyyə edib.






