Qubada maşın aşıb, ölən və yaralananlar var
05.09.2023

Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Visiontv.az-nın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Nügədi kəndi ərazisində qeydə alınıb. "Hyundai" markalı nəqliyyat vasitəsi idarəetmə itirərək körpüdən aşıb. Qəza nəticəsində maşında olan bir nəfər qadın dünyasını dəyişib, 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.