İranın məhkəmə hakimiyyətinin rəhbəri Qolamhüseyn Mohseni Ejei bildirib ki, ölkənin düşmənlərinə yardım etməkdə ittiham olunan şəxslərlə bağlı məhkəmə işlərinə daha sürətli baxılmalıdır.
O qeyd edib ki, edam və ya əmlakın müsadirəsi ilə bağlı hökmlər “düşmən agentləri” üçün daha tez çıxarılmalıdır.
“İran özünün qanuni özünümüdafiə hüququndan istifadə edir və milli təhlükəsizliyimiz təmin olunana qədər bu müdafiəni mümkün olan ən güclü şəkildə davam etdirəcəyik,” – deyə o bildirib.
Qeyd edək ki, ABŞ və İsrail zərbələrinin başlamasından sonra rejim həbsləri artırıb.
visiontv.az