İran savaşına "Əfqanıstan sindromu"ndan baxmaq yanlışdır
08.04.2026

Əfqanıstanda ABŞ-ın ilk məqsədi terror qruplarını məhv etmək idi. Buna xeyli dərəcədə nail olundu. Lakin sonra ABŞ strateji məqsədini dəyişdi və demokratik dövlət qurmaq istədi. Alınmayan bu oldu. Çünki məqsəd yerli sosial nizama/nizamsızlığa uyğun gəlmirdi. Əfqanıstan millətləşmə prosesini keçməmiş klanlar yığınıdır. Qərb yönlü mərkəzi hakimiyyət korrupsiyaya uğramaqla bütün etimadı itirmişdi. ABŞ cəmiyyətinin "niyə ordayıq" sualı cavabsız qalırdı. Pakistanda mənzillənmiş Talibançılara qarşı effektiv zərərsizləşdirmə mexanizmləri yox idi.

İranda isə vəziyyət tam fərqlidir.

Əvvəla, mərkəzi hakimiyyət və 47 il davam edən bir rejim var.

İkincisi, bu rejimin yerli alternativləri modernist və ya reformist qüvvələrdir.

Üçüncüsü, yeni mərhələdə milli hüquqlar ön plandadır.

Dördüncüsü, İranda rejimin çökməsi transformasiya prosesinə start verəcək.

Beşincisi, İran həm də qlobal iqtisadi maraqların kəsişdiyi nöqtədir. Orada uzun illəri əhatə edən savaş, o cümlədən iç savaş Qərb akterləri üçün maraqlı deyil.

ABŞ uğurla bitirəcək bu işi!

Taleh Şahsuvarlı

visiontv.az