14 milyon nəfər həyatını fəda etməyə hazırdır
08.04.2026

İran prezidenti Məsud Pezeşkian bildirib ki, özü də daxil olmaqla 14 milyon iranlı müharibədə canını fəda etməyə könüllü olub.

O bununla bağlı özünün sosial media hesabında paylaşım edib.

Prezident bu paylaşımı ABŞ prezidenti Donald Tramp tərəfindən müəyyən edilən son tarixin yaxınlaşdığı bir vaxtda edib. Qeyd edək ki, Donald Tramp İran Hörmüz boğazında nəqaliyyata imkan verməyəcəyi təqdirdə ölkənin enerji infrastrukturuna zərbə endiriləcəyini bəyan edib.

Xatırladaq ki, İranın əhalisi təxminən 90 milyon nəfərdir. Ölkədə bir çox insan hökumətin ümummilli etirazlara qarşı sərt tədbirlərindən narazıdır və 14 milyonluq rəqəmin ehtimal ki, ABŞ-ın vəd etdiyi bombardman kampaniyasını çəkindirmək məqsədi daşıdığı düşünülür.

“14 milyondan çox İran vətəndaşı (fədakarlıq kampaniyası çərçivəsində) canını fəda etməyə hazır olduğunu bəyan edib,” – deyə Pezeşkian yazıb. “Mən də İran uğrunda həyatımı verməyə hazır olmuşam, hazıram və hazır olaraq qalacağam.”

visiontv.az