Bu barədə İran Polis Qüvvələrinin Baş komandanı Əhməd Rza Radan bildirib.
Onun sözlərinə görə, İranın 25 əyalətində İsrail və ABŞ-la əməkdaşlıqda ittiham olunan 85 nəfər tutulub.
Radan jurnalistlərə açıqlamasında deyib ki, şübhəli şəxslərdə elektron avadanlıqlar, “Starlink” cihazları, silah-sursat aşkar edilərək götürülüb.
İran Polis Qüvvələrinin Baş komandanı qeyd edib ki, saxlanılanlar düşmənə əməliyyatlarını asanlaşdırmaq məqsədilə infrastruktur obyektlərinin, keçid məntəqələrinin və təhlükəsizlik qüvvələrinin yerlərinə dair məlumatlar göndəriblər.
visiontv.az