“Qlobal böhran qarşısında nümayiş etdirdiyimiz dözümlülüklə doğru yolda olduğumuzu sübut etdik”
“Qlobal böhran qarşısında nümayiş etdirdiyimiz dözümlülüklə doğru yolda olduğumuzu sübut etdik”
30.09.2022 MEDİA Tərəfindən

“Pandemiya ilə başlayıb müharibə ilə genişlənən qlobal iqtisadi böhran qarşısında nümayiş etdirdiyimiz dözümlülüklə doğru yolda olduğumuzu sübut etdik.”

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bunu “Dolmabahçe” ofisində keçirilən İqtisadi Transformasiya və Yeni Paradiqmalar Sammitində çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. 

Ərdoğan deyib:

“Pandemiya ilə başlayıb müharibə ilə genişlənən qlobal iqtisadi böhran qarşısında nümayiş etdirdiyimiz dözümlülüklə doğru yolda olduğumuzu sübut etdik. Təbii ki, bu prosesdə aldığımız yaralar da var. Məzənnə əməliyyatlarının yaratdığı problemləri alternativ üsullarla həll etdik. Məşğulluğumuzu tariximizdə ən yüksək səviyyəyə qaldırmaqla inflyasiyanın yaratdığı rifah itkilərini kompensasiya etmək üçün də hər cür tədbirlər görürük.”

İlahə Əliyeva