Qətər və İran XİN Hörmüz boğazında müvəqqəti dəhlizin yaradılmasını müzakirə edib
27.08.2026

Qətər və İran Hörmüz boğazında müvəqqəti gəmiçilik yolunun yaradılmasını müzakirə edib.

Bu barədə Qətər Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl-Tani Tehrana səfəri zamanı iranlı həmkarı  Abbas Əraqçi ilə görüşüb.

Görüş zamanı gəmilərin Hörmüz boğazından keçməsi üçün müvəqqəti koridorun yaradılması müzakirə edilib.

visiontv.az