Qaxda “bir-birimizi qoruyaq!” kampaniyası davam edir
01.06.2020

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qax nümayəndəliyinin könüllüləri tərəfindən "Bir-birimizi qoruyaq!" adlı kompaniya davam etdirilir.

Visiontv.az xəbər verir ki, kompaniya çərçivəsində gənclər “Dayanmadan çalışırıq”, “Məsafə saxla”, “Burada qaydalara riayət olunur” və digər şüarlar olan stiker-etiketləri bankomatlara, ödəmə terminallarına, restoran və marketlərin qarşısına, ictimai nəqliyyat vasitələrinin şüşələrinə yapışdırmışlar.

Həmçinin gənclər vətəndaşlar arasında da pandemiya ilə mübarizə istiqamətində maarifləndirmə işləri aparmış, qoruyucu vasitələrdən istifadənin sağlamlığımız üçün əhəmiyyətli olmasından söz açmışlar. Vətəndaşların əllərini dezinfeksiya etdikdən sonra onlara əlcək və tibbi maska paylanılmışdır.