Qarabağ separatçıları Laçın yolunda sərhəd-keçid məntəqəsinin yaradılacağını anlayıblar
Qarabağ separatçıları Laçın yolunda sərhəd-keçid məntəqəsinin yaradılacağını anlayıblar
22.03.2023 Elxan Şahinoğlu Tərəfindən

Nə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya və İrəvana səfərləri, o cümlədən azərbaycanlı və erməni həmkarlarıyla mütəmadi görüşləri, nə də ABŞ dövlət katibi Entoni Blinkenin Bakıya və İrəvana tez-tez etdiyi telefon zəngləri sülh prosesini sürətləndirir

Prezident İlham Əliyev Entoni Blinkenlə bugünkü telefon danışığında Azərbaycanın Laçın yolunun Ermənistanla sərhədinin son nöqtəsində sərhəd-keçid məntəqəsinin yaradılmasının labüdlüyünü bir daha onun diqqətinə çatdırıb. Lavrov bundan xəbərdardır. Ermənistan hakimiyyəti ilə Qarabağ separatçıları da Laçın yolunda sərhəd-keçid məntəqəsinin yaradılacağını anlayıblar. Bir sözlə hamı bu və ya digər şəkildə Laçın yolunda sərhəd-keçid məntəqəsinin qurulacağına hazırdır. Sərhəd-keçid məntəqəsi bütün nəqliyyat vasitələrinin, o cümlədən Rusiya hərbi kontingentinə aid olanların da yoxlanılmasını diqtə edəcək.

Elxan Şahinoğlu

visiontv.az