Rusiya və Ukrayna arasında Pasxa bayramına görə 30 saatlıq atəşkəs rejimi bitdi. Rusiya kütləvi şəkildə Ukraynanın mülki infrastrukturuna dron və raketlərlə hücum edir.
Trampın 30 günlük atəşkəs təklifi Kreml tərəfindən qəbul edilmir. ABŞ Dövlət katibi nəticəsiz danışaqları uzun müddət aparmayacaqlarını Kremlin diqqətinə çatdırıb. D. Trampın 100 günlük prezidentlik müddəti başa çatır, amma onun atəşkəsə nail ola bilməməsi məhz Kremlin mövqeyindən asılıdır. V. Putin bununla D. Trampın reputasiyasına ciddi zərbə vurmuş oldu. ABŞ Ukrayna ilə bağlı Avropa ilə birgə çıxış etməsi mümkün görünür.
D. Tramp çalışdi ki, Avropasız V. Putinlə danşsın. V. Putin də D. Trampdan Avropanı istədi. Nəticədə danışıqlar fiaskoya uğradı. ABŞ prezidenti Ukraynaya daha geniş şəkildə hərbi yardımlar göndərsə, V. Putini fakt qarşısında qoyub, güzəştli atəşkəs masasında əyləşdirə bilər. Pentaqon və Ag Evdə bununla bağlı ciddi müzakirələrin getməsi istisna deyil. Rusiya ilə diplomatik danışıqların nəticəsiz olduğu aydın şəkildə müəyyən edildi.
Məhəmməd Əsədullazadə
visiontv.az