Putin aprelin 1-dək Ukrayna ilə müharibədə itkin düşən hərbçilərin axtarışı ilə bağlı tapşırıq verib
14.02.2025

Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinə aprelin 1-dək Ukrayna ilə müharibə zamanı itkin düşən hərbi qulluqçuların axtarışı ilə bağlı təkliflər təqdim etməyi tapşırıb.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, Putin Müdafiə Nazirliyinə aprelin 1-dək xüsusi hərbi əməliyyat zamanı itkin düşən hərbi qulluqçuların axtarış mexanizminin təkmilləşdirilməsi ilə bağlı təkliflər təqdim etməyi tapşır verib.