8-9 gündə İranın raket buraxılışları 90% azalıb
10.03.2026

İranın son günlər İsrail və bəzi Körfəz ölkələrinə qarşı həyata keçirdiyi ballistik raket və kamikadze dron hücumlarının intensivliyində ciddi azalma müşahidə olunur.

Yayılan infoqrafik məlumatlara görə, əməliyyatların ilk günü İran təxminən 350 raket və 800 dron buraxılışı ilə hücumlara başlayıb. Ancaq sonrakı günlərdə hücumların intensivliyi sürətlə azalmağa başlayıb.

Artıq ikinci sutkada raket və dron buraxılışlarının sayının təxminən iki dəfə azaldığı qeyd olunur. Hücumların beşinci gününə qədər isə göstəricilər minimum səviyyəyə enərək 30–35 raket və təxminən 150 dron ətrafında sabitləşib.

Martın 7-də yayılan son məlumatlara əsasən, İran həmin gün 30 raket və 165 dron buraxılışı həyata keçirib.

Beləliklə, ümumi statistika göstərir ki, son günlərdə İran raket buraxılışlarını təxminən 90%, dron hücumlarını isə 80% azaltmalı olub.

Bir mətn şəkili ola bilər

visiontv.az