Ursula fon der Lyayen: "Avropanın atom enerjisindən imtinası strateji səhv idi"
10.03.2026

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen qitənin atom energetikasından imtinasının strateji səhv olduğunu etiraf edib.

Visiontv.az  Oxu.Az -a istinadən xəbər verir ki, bu barədə  "Praym" məlumat yayıb.

"Əgər 1990-cı ildə  Avropanın elektrik enerjisinin üçdəbiri atom elektrik stansiyalarında (AES) istehsal olunurdusa, bu gün bu pay təxminən 15% təşkil edir.

Mən hesab edirəm ki, atom enerjisinin payının azaldılması şüurlu seçimdir, lakin  Avropanın etibarlı və əlçatan, aşağı emissiyalı enerji mənbəyindən imtinası strateji səhv olub", - deyə o, Fransada atom enerjisi sammitində bildirib.

visiontv.az