İran Qətərin mülki infrastrukturuna hücumlarını davam etdirir.
Visiontv.az APA -ya istinadən xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Majed əl-Ansari danışıb.
“Mülki infrastruktura hücumlar davam edir və biz İranın bu hücumlara verdiyi hər hansı izahatı rədd edirik”, - o bildirib.
XİN rəsmisi qeyd edib ki, münaqişə zamanı regional enerji infrastrukturuna edilən hücumların iqtisadi nəticələri bütün dünyada hiss olunacaq:
“Hər iki tərəfin enerji obyektlərinə etdiyi hücumlar təhlükəli presedentdir. Bu, iqtisadi cəhətdən dünya üzrə fəsadlara səbəb olacaq”.
visiontv.az
“Müctəba Xameneyinin Londondakı mülkü İsrail diplomatlarını izləmək üçün istifadə olunur”