Rusiyadan Venera planeti ilə bağlı qərar: İlk olacaq
10.03.2026

“Venera Rusiyanın Aydan sonra araşdırmağı planlaşdırdığı uzaq kosmosdakı ilk planet olacaq və bu addımın tarixi kökləri var”.

Visiontv.az  “Razvedçik” jurnalına istinadən xəbərinə görə, bu barədə Rusiya baş nazirinin birinci müavini Denis Manturov məlumat verib.

“Ölkəmiz hələ 1970-ci ildə Günəş sisteminin başqa planetində dünyada ilk dəfə olaraq kosmik aparatın uğurla endirilməsinə müvəffəq oldu. Bu, məhz Venera idi. Buna görə də, biz yəqin ki, bu istiqamətdə irəliləyəcəyik. Sonra isə baxarıq, qarşıya qoyulmuş məsələlər nə dərəcədə uğurla yerinə yetiriləcək”, - deyə Denis Manturov bildirib.

O etiraf edib ki, bu cür ciddi planların həyata keçirilməsi xeyli resurslar və qeyri-standart mühəndislik həlləri tələb edəcək. Eyni zamanda, istedadlı və “sözün yaxşı mənasında cəsarətli”, qeyri-adi ideyalar təklif etməyə qadir olan gənclər lazımdır.

Hazırda ölkəmiz tərəfdaşları ilə birlikdə  Ayın elmi stansiyasının enerji təchizatı məsələləri üzərində işləyir. Rusiyanın aşağı güclü nüvə elektrik qurğusunun  Ay səthinə çatdırılması planlaşdırılır və qurğu stansiyanı elektrik enerjisi ilə təmin edəcək. Həmçinin perspektivdə bu texnologiyanın uzaq kosmosun tədqiqində istifadə edilməsi planlaşdırılır.

visiontv.az