Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 23-də Pekində Xalq Qəhrəmanları Abidəsini ziyarət edib.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, abidənin yerləşdiyi meydanda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının Dövlət himnləri səsləndirilib.
Prezident İlham Əliyev abidənin önünə əklil qoyub.

