Prezident İlham Əliyev Donald Trampa təşəkkür edib
01.06.2026

Bununla bağlı Prezidentin sosial şəbəkə hesablarında paylaşım edilib.

ABŞ lideri öz şəxsi qeydi ilə müşayiət olunan “Azadlığı müdafiə aktı”na 907-ci düzəlişin icrasının dayandırılmasına dair memorandumu xatirə hədiyyəsi kimi, Azərbaycan dövlət başçısına göndərib.

Azərbaycan Prezidenti xoş sözlərinə görə Donald Trampa təşəkkür edib.

“Bu diqqətli və nəzakətli jesti yüksək qiymətləndirir və ona böyük ehtiramla yanaşıram”, - Prezident İlham Əliyev vurğulayıb.

Qeyd edək ki, ötən ilin avqust ayında ABŞ Prezidenti tərəfindən “Azadlığı müdafiə aktına” 907-ci düzəlişin tətbiqinin müvəqqəti olaraq dayandırılması ilə bağlı sərəncam imzalanıb. ABŞ Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna 907-ci düzəlişi tam ləğv etməyə yönəlmiş qanun layihəsini təqdim edib.

visiontv.az