PKK-nın “mətbuat komitəsi” strukturu deşifrə edilib
PKK-nın “mətbuat komitəsi” strukturu deşifrə edilib
17.03.2023 MEDİA Tərəfindən

Ankara Respublika Baş Prokurorluğu terror təşkilatı PKK/KCK-nın qondarma mətbuat komitəsinin üzvü olduğu iddia edilən 11 şübhəli barəsində “silahlı terror təşkilatına üzv olmaq” ittihamı ilə 15 ilə qədər həbs iddiası qaldırıb.

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu Terror Cinayətləri İstintaq Bürosu tərəfindən hazırlanan iddianamədə PKK/KCK-nın terror təşkilatının 5-15 mart 1994-cü il tarixindəki qondarma konfransında qəbul edilən qərara əsasən təşkilatın İngiltərədə ilk televiziya kanalı olan MED TV-nin yaradıldığı və 1999-cu ilə qədər fəaliyyətini davam etdirdiyini bildirib.

İddianamədə terror təşkilatının sifarişi ilə Avropanın bir çox ölkəsində televiziya kanallarının açıldığı, Türkiyənin diplomatik təşəbbüsləri ilə bəzi fəaliyyətlərinə son qoyulduğu, bir müddət əvvəl isə İsveçdə fəaliyyət göstərən “Newroz TV” və “Ronahi TV”, Norveçdəki “Sterk TV” və Belçikadaki “Med Nuçe” TV-nin hələ də PKK-dır/KCK-nın “mətbuat komitəsi”nin nəzarəti altında fəaliyyətini davam etdirdiyi bildirilib.

PKK/KCK terror təşkilatının son zamanlar internet və sosial media platformaları üzərindən intensiv şəkildə mətbuat fəaliyyətini həyata keçirdiyi vurğulanan iddianamədə, qəzet və televiziya yayımının da təşkilata üzv toplanması və baza tapılmasında mühüm rol oynadığı qeyd edilib. 

İlahə Əliyeva