Pəncab hökumətinin naziri: Azərbaycan insan haqlarını daim müdafiə edir
16.01.2026

Azərbaycan insan haqlarını daim müdafiə edir.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu Pəncab hökumətinin İnsan Haqları və Azlıqları məsələləri naziri Rameş Sinq Arora Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr edilmiş “Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” adlı beynəlxalq konfrans çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

“Son dövrdə Hindistanda baş verən hadisələrə nəzər salsaq, mənzərə olduqca narahatedicidir. Bu gün müsəlmanlar əziyyət çəkir — istər Kəşmir müsəlmanları, istərsə də Qucarat müsəlmanları. Xristianlar da eyni vəziyyətdədir. Son Milad bayramı ərəfəsində Hindistanda 700-dən çox hadisə qeydə alınıb ki, bu zaman xristian icmasına öz dini ayinlərini sərbəst şəkildə icra etməyə icazə verilməyib. Bugünkü tədbirlə əlaqədar olaraq Bakı Təşəbbüs Qrupuna öz təşəkkürümü bildirirəm. İcraçı direktoruna və Azərbaycan xalqına, xüsusilə də media nümayəndələrinə minnətdaram. Media nümayəndələrinin bu qədər geniş iştirakı göstərir ki, siz insan haqlarını daim müdafiə edən tərəfsiniz. Mənə bu imkanı yaratdığınız üçün hər birinizə təşəkkür edirəm”,- nazir bildirib.