"Onlara ağır zərbə endirəcəyik"-Müdafiə nazirindən İrana xəbərdarlıq
07.06.2023

İsrailin müdafiə naziri Yoav Qallant İranın yeni təqdim edilmiş “Fəttah” hipersəs balestik raketi barədə iddialarını boşboğazlıq adlandırıb.

Visiontv.az Gunaztv - yə istinadən bildirir ki, İran iyunun 6-da “Fəttah” hipersəs ballistik raketinin təqdimatını keçirib. Lakin onun sınaqdan çıxıb-çıxmaması barədə heç bir məlumat verilməyib. 

İran iddia edib ki, raket bütün müdafiə sistemlərini ötərək 400 saniyəyə İsrailə çata bilər.

Qallant İranın bu iddiası barədə deyib: “Düşmənimizin silah inkişafı barədə boşboğazlığını eşidirik. Lakin biz yerüstü, havadan və dənizdən hər hansı yeni silaha daha yaxşı cavabımız var”.

Biz vətəndaşlarımızı necə qoruyacağımızı və bizimlə hər hansı müharibəyə başlasalar düşmənlərimizə necə sarsıldıcı zərbə vura biləcəyimizi yaxşı bilirik”.

Qalant heblə "Hizbullah"a da xəbərdarlıq edib: "“Hizbullah" səhvə yol verib İsrailə qarşı müharibəyə başlasa, onlara ağır zərbələr endirəcəyik.

Livanı isə daş dövründəki vəziyyətə salarıq”.