Ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi də prioritet xərclər sırasında birinci olub
14.03.2025

Ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, dövlət sərhədlərinin mühafizəsi, ordunun maddi-texniki təchizatının müasirləşdirilməsi, hərbçilərin sosial təminatının və xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində kompleks tədbir və layihələrin icrası 2024-cü ildə də prioritet xərclər sırasında birinci olub.

Visiont.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisdə Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatını təqdimatı zamanı Baş nazir Əli Əsədov bildirib.

“Bu məqsədə 2024-cü ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə 6 milyard 562 milyon manat vəsait ayrılıb. Bu, 2023-cü illə müqayisədə 707 mln. manat və ya 12% çoxdur”, - deyə Baş nazir qeyd edib.



Gündəlik

slide 7 to 10 of 8