Ağdərə rayonunun Həsənriz kəndinə yola salınan növbəti köç karvanı kəndə çatıb.
Visiontv.az xəbər verir ki, Həsənriz kəndinə köçün 3-cü mərhələsində 20 ailə köçürülüb.
Köçürülən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Qeyd edək ki, bu mərhələ də daxil olmaqla, Həsənriz kəndinə 70 ailə (238 nəfər) köçürülüb.