Nəim Qasım: “Hizbullah tərksilah edilməyəcək”
19.06.2026

Hizbullahın baş katibi Nəim Qasım təşkilatın tərksilah edilməsi ilə bağlı çağırışları qətiyyətlə rədd edib.

Qasım bildirib ki, Hizbullah öz silahlarından imtina etməyəcək və qruplaşmanın silahsızlaşdırılmasını nəzərdə tutan hər hansı plan qəbul olunmayacaq.

Onun sözlərinə görə, İsrailin son illərdə həyata keçirdiyi hərbi əməliyyatlar və təzyiqlərinin əsas məqsədi Hizbullahı zəiflətmək və fəaliyyətinə son qoymaq olub.

Hizbullah lideri ABŞ vasitəçiliyi ilə müzakirə olunan Livanın cənubunda “sınaq zonaları” yaradılması təşəbbüsünə də qarşı çıxıb.

İranı da müdafiə edən Nəim Qasım bildirib ki, son müharibənin məqsədlərindən biri İslam Respublikasına təzyiq göstərmək idi, ancaq onun fikrincə, bu planlar nəticə verməyib.

visiontv.az