"The Guardian" qəzetində “So is the US war with Iran over? In a word: no” (“ABŞ-ın İranla müharibəsi bitdimi? Bir sözlə: yox”) adlı məqalə gedib. New York University-də jurnalistika professoru və Yaxın Şərq üzrə ekspert olan Mohamad Bazzi həmin məqalənin müəllifidir. Yəni bu yazını qələmə alan təsadüfi birisi deyil...
Məqalənin əsas məğzi çox sadədir, amma çox sərtdir: Müharibə bitməyib. Sadəcə pauza verilib. ABŞ prezidenti Donald Tramp müharibəyə böyük məqsədlərlə başladı: İran rejimini devirmək, hərbi və nüvə potensialını məhv etmək, daxildə üsyan yaratmaq, İranı diz çökdürmək üçün “şər imperiyasını” dağıtmaq.
Nəticə nə oldu?
Heç nə. Daha doğrusu nəticə fərqli oldu.
İran: ağır bombardmanlara dözdü, rejim dağılmadı, əksinə, daha sərt və daha güclü mövqeyə keçdi.
Ən kritik məqam: İran Hörmüz boğazını faktiki olaraq silaha çevirdi. İran dünyaya yeni dərs verdi. Silah təkcə raket deyil.
Coğrafiya da silahdır.
Hörmüz boğazı — dünya neftinin ürəyi.
İran bu ürəyi sıxmağı bacardığını göstərdi.
Bu boğazdan: dünya neftinin 20%-dən çoxu keçir, enerji bazarı asılıdır, qlobal iqtisadiyyat bağlıdır. Yəni İran ABŞ-la açıq müharibədə qalib gəlməsə də dünyanı iqtisadi olaraq təzyiq altında saxlaya biləcəyini göstərdi.
İndi imzalanacaq razılaşma nədir?
Bu, sülh deyil. Bu, sadəcə 60 günlük atəşkəsin uzadılmasıdır.
Əsas problemlər qalır: İranın nüvə proqramı, zənginləşdirilmiş uran ehtiyatı, sanksiyalar, regional təsir (Hizbullah, Həmas, Husilər), Hörmüz boğazına nəzarət.
Yəni ən çətin suallar gələcəyə saxlanılıb.
Və bu danışıqlar, aylarla, hətta illərlə davam edə bilər.
Ən maraqlı nəticə: Tramp müharibə ilə əldə edə bilmədiyini diplomatiya ilə həll etməyə çalışır. Amma əsas risk qalır. Yeni müharibə dalğası hər an başlaya bilər
Müəllifin əsas fikri: Bu razılaşma müharibəni bitirmir.
Sadəcə tərəflərə nəfəs almaq üçün vaxt verir.
Yəni qısa desək: Müharibə bitməyib. Sadəcə dayandırılıb. Risk qalır. Hər an yeni zərbə başlaya bilər. Hər an müharibə yenidən alovlana bilər. Əslində bu, sülh deyil.
Bu, növbəti müharibəyə hazırlıqdır. Və ən təhlükəli məqam. Müharibələr tankla başlamır. Belə “razılaşmalarla” başlayır...
Elbəyi Həsənli
visiontv.az