NATO baş katibi təcili, planlaşdırılmamış mətbuat konfransı keçirəcək
NATO baş katibi təcili, planlaşdırılmamış mətbuat konfransı keçirəcək
30.09.2022 MEDİA Tərəfindən

NATO-nun baş katibi Yens Stoltenberq bu gün, sentyabrın 30-da planlaşdırılmamış mətbuat konfransı keçirəcək. Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Bu barədə  alyansın mətbuat xidməti məlumat yayıb.

NATO baş katibinin çıxışının mövzusu açıqlanmır.

Mətbuat xidmətinin məlumatına görə, onun çıxışı NATO-nun mənzil-qərargahında baş tutacaq.

Qeyd edək ki, Stoltenberqin təcili çıxışının Vladimir Putinin Ukraynanın işğal olunmuş ərazilərinin ilhaqını elan etməyi planlaşdırdığı günə təsadüf etməsi diqqət çəkir.

visiontv.az