Müharibə tərəfdarı olan cənablar: Baxın İranlı qadınlar dolanışıq üçün saçlarını satırlar
21.07.2026

Cəlal Cəlalizadə, İranın keçmiş Milli Məclis deputatı: “Müharibə tərəfdarı olan cənablar! İş o yerə çatıb ki, İranlı qadınlar dolanışıq üçün saçlarını satırlar. Əgər buna inanmırsınızsa, bununla bağlı sübutları sizə göstərə bilərəm.”

Xatırladaq ki, Ermənistan gömrüyü bir müddət əvvəl İrandan gətirilən təbii insan saçlarının qaçaqmalçılığı ilə bağlı bir neçə fakt aşkar etmişdi.

Rəsmi məlumata görə, Aqarak sərhəd-keçid məntəqəsində İrandan gələn yük maşınında yastıqların içində gizlədilmiş 26 kiloqram ağırlığında 143 dəstə təbii insan saçı müsadirə olunub.

Bundan əlavə, 2026-cı ilin əvvəlindən iyun ayınadək ümumilikdə 11 belə hal qeydə alınıb və 621 dəstə (135,7 kq) təbii saçın qanunsuz şəkildə Ermənistana keçirilməsinə cəhd edildiyi açıqlamışdı.

visiontv.az