"Almaniya ilə enerji sahəsində əməkdaşlıq çox geniş sahədə olacaq". Bunu Azərbaycan Prezident İlham Əliyev bu gün Almaniya Kansleri Fridrix Mertslə birgə mətbuat konfransında deyib.
Öz növbəsində Merts Azərbaycanın genişlənən qaz resursları məsələsinə toxunaraq Almaniyanın cənub bölgələrinin Azərbaycan qazı ilə təmin edilməsinə ümid etdiyini vurğulayıb.
Qeyd edim ki, 2026-cı ildən Almaniya hökumətinə bağlı SEFE şirkəti Azərbaycandan 10 illik müqavilə əsasında ildə 1,5 mlrd kubmetr olmaqla qazın idxalına başlayıb. Bundan əlavə Almaniyanın Uniper şirkəti də "Şahdəniz"dən İtaliyada qaz alır və yeni müqavilələr çərçivəsində həcmləri 1,5 mlrd kubmetrə çatdırmaq arzusunu açıqlayıb.
İyulun 21-də Berlində Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannaməni imzalanıb.
Tədbirdə, həmçinin Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamə də imzalanıb.
Prezident Əliyev bildirib ki, bir çox istiqamətlər üzrə konkret fəaliyyət planı nəzərdə tutulur. Bir neçə işçi qrup yaradılacaq ki, bu, bu gün imzalanan sənədlərdə öz əksini tapıb.
İndiyədək Almaniyadan Azərbaycana yönəldilmiş birbaşa investisiyaların ümumi həcmi $937,5 milyon təşkil edib. Bu vəsaitin $53,4 milyonu neft-qaz, $884,1 milyonu isə iqtisafiyyatın digər sahələrinə yatırılıb. Azərbaycan isə Almaniya iqtisadiyyatına $667,5 milyon investusiya qoyub.
Cari ilin I yarısında Azərbaycan və Almaniya arasında ticarət dövriyyəsi $573 milyon olub ( Azərbaycandan ixrac - $234,77 milyon, Almaniyadan Azərbaycana ixrac isə - $338,11 milyon).
2025-ci ildə il iki ölkə arasında ticarət dövriyyəsi $ 1 milyard 376 milyon təşkil edib.
Almaniya hazırda Azərbaycandan xam neft və təbii qaz idxal edir.
İlham Şaban
visiontv.az