Yəmənin rəsmi hökuməti husilərlə müharibə aparmağa hazır olduğunu bəyan edib
21.07.2026

Yəmənin müdafiə naziri Tahir əl-Ukayli bildirib ki, ölkənin beynəlxalq səviyyədə tanınmış hökumətinin ordusu radikal "Ənsar Allah" hərəkatına (husilərə) qarşı "azadlıq müharibəsinə başlamağa" hazırdır.

Visiontv.az  xəbər verir ki, bu barədə "Al Jazeera" ölkənin Müdafiə Nazirliyinin bəyanatına istinadən telekanalı məlumat yayıb.

Nazir husilərin nəzarətində olan ərazilərdə yaşayan yəmənliləri qiyamçıların tərəfində müharibəyə qatılmamağa çağırıb.

Qeyd edilib ki, ölkənin bəzi bölgələrində hökumət qüvvələri ilə husilər arasında toqquşmalar yenidən başlayıb.

visiontv.az