Müğənni Atatürkün plakatı olan zalda səhnəyə çıxmaqdan imtina etdi, tələbi rədd edildi
18.07.2024

Türkiyədə konsert verməli olan Yunan müğənni Despina Vandi səhnəyə çıxmaqdan imtina edib.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, İzmir şəhərinin Çeşme kurort mərkəzində təşkil edilən konsert başlamadan bitib.

Vandi səhnədən türk bayrağı və Türkiyənin qurcususu Mustafa Kamal Atatürkün posterlərinin səhnədən endirilməsinin tələb edib.

Sənətçinin bu xahişi yerinə yetirilməyib.

O da səhnəyə çıxmaqdan imtina edib.

Çeşme bələdiyyə sədri Lal Denizli, yunan müğənninin bu addımındam sonra açıqlama verib.

"Heç bir qüvvə nə bayrağımızı, nə də Atatürkün plakatını endirməyə cəsarət edə bilməz. O, bunu düşünə bilməz. Xanımı bu şəhərin sərhədlərini dərhal tərk etsin!" - deyə bələdiyyə sədri qeyd edib.

Konsertə bilet alanların pulu olduğu kimi geri qaytarılacaq. 

Visiontv.az