Millət vəkili: “Urmu gölünü məhv etdik”
18.04.2025

ISNA xəbər verir ki, Urmiya şəhərinin İran parlamentindəki nümayəndəsi Şəhin Cahangiri ölkə prezidenti Məsud Pezeşkiana ünvanladığı mesajında Urmu gölünün vəziyyətinə etiraz edərək yazıb:

“Biz Urmu gölünü kənd təsərrüfatının inkişafı bəhanəsi və qeyri-peşəkar bəndlər inşa etməklə məhv etdik. Urmu gölü fəlakətindən hələ də heç bir ibrət dərsi almadıqsa, heç olmasa bu gün təbiətin, insanların səsinə qulaq asaq!”.

Şəhin Cahangiri məktubunda Urmu gölünün quruması ilə bağlı məsuliyyət daşıyanları tənqid edib, eyni zamanda problemin həll yolları barədə fikirlərini yazıb.

visiontv.az