Məsud Pezeşkian sabah Pakistana səfər edəcək
22.06.2026

İran Prezidenti Məsud Pezeşkian Pakistana səfər edəcək.

Bu barədə İran Prezident  Administrasiyasının İctimaiyyətlə əlaqələr üzrə baş direktoru Həbib Abbasi məlumat verib.

Abbasi İran Prezidentin səfərinin sabah baş tutacağını və böyük ehtimalla bir gün davam edəcəyini bildirib.

Onun sözlərinə görə, səfərin məqsədi əvvəlki ikitərəfli görüşlər zamanı əldə olunmuş razılaşmaların icrasını müzakirə etmək, iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi imkanlarını araşdırmaq, həmçinin İran Prezidentinin şəxsən  ABŞ və İran arasında vasitəçilik səylərinə görə Pakistan rəhbərliyinə öz təşəkkürünü çatdırmaqdır.

visiontv.az