Fransa İranla danışıqlardan əlavə iqtisadi, geosiyasi və diplomatik imtiyazlar istəyir.
Fransa xarici işlər naziri Jan-Noel Barro bildirib ki, Paris İran ilə nüvə danışıqlarında daha aktiv rol almaq niyyətindədir və BMT-nin Tehrana qarşı sanksiyalarının ləğvi Fransanın razılığı olmadan mümkün olmayacaq.
Barro “France Info”ya verdiyi müsahibədə qeyd edib ki, Fransa İranla əldə olunacaq yekun razılaşmanın məzmunundan razı qalmadığı halda sanksiyaların ləğvinə dəstək verməyəcək.
Onun sözlərinə görə, İran sanksiyaların yumşaldılmasını yalnız “böyük güzəştlər” müqabilində nəzərdən keçirilə bilər. Barro əlavə edib ki, BMT tərəfindən tətbiq edilən sanksiyaların ləğvi üçün Fransa da öz razılığını verməlidir.
Fransa xarici işlər naziri vurğulayıb ki, Parisin əsas məqsədi İran tərəfdən ciddi güzəştlər əldə etmək və ölkənin davranışında “fundamental dəyişikliyə” nail olmaqdı.
visiontv.az