“Tehranda yoxlama məntəqələri və patrullar davam edir”
22.06.2026

SEPAH-ın Tehrandakı "Məhəmməd Rəsulullah" qüvvələrinin komandanı, briqada generalı Həsən Həsənzadə paytaxtda təhlükəsizlik tədbirlərinin davam etdirildiyini açıqlayıb.

Onun sözlərinə görə, mövcud şərait nəzərə alınaraq məhəllədaxili patrullar, yoxlama məntəqələri, təhlükəsizlik monitorinqi və kəşfiyyat fəaliyyətləri fasiləsiz şəkildə davam edir.

Həsənzadə bildirib ki, Tehranda təhlükəsizliyin təmin olunması yarıhərbi radikal “Bəsic” qüvvələrinin əsas daxili missiyalarından biridir və bu çərçivədə patrul xidmətləri və nəzarət tədbirləri daim həyata keçirilir.

General əvvəlki müharibələr zamanı ABŞ və İsrail tərəfindən “Bəsic” mövqelərinin hədəfə alındığını, ancaq bunun qüvvələrin fəaliyyətinə təsir göstərmədiyini bildirib.

visiontv.az