Mənim həqiqətlərim: Yalan və həqiqəti eyni anda dəstəkləmək balanslı siyasət adlanır?
Mənim həqiqətlərim: Yalan və həqiqəti eyni anda dəstəkləmək balanslı siyasət adlanır?
24.11.2025 Şöhrət El-Dəniz Tərəfindən

Sosial media üzərindən yazdığım qeydlər.

Döyüşüb atasının, anasının, millətin qisasını alıb, torpaqları azad edən gənclərimiz yetişdi. Döyüşdü, qəhrəman oldu. Çox təssüf ki, 20-30 il bundan əvvəl milləti soyqırım edən qaniçənləri qucaqlayan, yaddaşı manqurtlaşanlar da az deyil. Sülh olacaq deyə hər şey unudub erməni gədələrini bağrımıza, qızlarını isə altımıza salacaq qədər alçalmamalıyıq. Zatən erməni haykanuşları sosial mediada gecə gündüz Bakıya gəlmək üçün sino gedirlər. Gələcəklər də. Ozu də tək haykanuşlar yox elə armenlər də gələcək. Yadınızdan çıxartmayın biz sülhü savaşıb, qalib gəlib əldə edirik. Özü də çox çətinliklə əldə edirik. Özünüzü ucuz tutub yaltaqcasına ermənini bağrınıza sıxmamalısınız, onlar sizin ayağınızı qucaqlamalıdır ki, bizi bağışlayın.

***

Çap mediasının bağlanmasını istəyənlər üçün əks arqumentlər gətirmişəm. Mən sayt baş redaktoru olsam da onlayn media anlayışını ciddiyə ala bilmirəm. Mətbuatı qəzet və jurnalsız təsəvvür etmək nəsə bir təhər gəlir mənə. Hazırladığım reportaj da məhz bu barədədir. Niyə belə oldu sualına cavab tapmaq istədim. Və əsas günahı qəzet, jurnal sahiblərində, baş redaktorlarda görürəm.

***

ABŞ Dövlət Departamentinin siyasi məsələlər üzrə müşaviri Allison Huker Ermənistanda "Soyqırım" abidəsini ziyarət etdi. Bu gün də Şəhidlər Xiyabanını ziyarət edib.

Yalan və həqiqəti eyni anda dəstəkləmək balanslı siyasət adlanır.

***

Prezident İlham Əliyev xalqı 17 il savaşa hazırladı.

Suverenliyimizin tam bərpası əməliyyatı bu prosesi yekunlaşdırdı.

***

Hamı sülhdən danışır. Amma həm də böyüklü, kiçikli bütün ölkələr müharibəyə hazırlaşır. 

***

Azərbaycanın çoxvektorlu xarici siyasət: Bu siyasət həm də milli təhlükəsizliyimizin təmin edilməsinə fokuslanıb.

***

Dünyanın aparıcı dövlətlərin alimlərinin məşgul olduğu elmi araşdırmalar barədə oxuduqca, danışıqlarına qulaq asdıqca etdiyimizin, dediyimizin nə qədər bəsit və mənasız olduğunu dərk edirəm.

***

Uşaqlığımızı, yeniyetməliyimizi yada salıram dəcəl, hətta xuliqanfason olurduq amma tərbiyə varıydı. İndi baxırsan sakit, başı telefondan qalxmır, bütün dünya ilə əlaqədə, amma tərbiyəsizdir. Cox maraqlı insan yetişir.

***

Orta Asiyanın Avropaya açılan qapısının açarı Azərbaycandadır. Ruslar uzun müddətdir bu açardan məhrum olub. Giriş-çıxışın hesabının indi Bakı aparır.

Şöhrət El-Dəniz

visiontv.az